09:38 - 14.12.2018
14 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,82 dollar və yaxud 1,3% düşüb.
Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 62,19 dollar təşkil edir.
“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti 1,43 dollar (2,8%) yüksələrək bir barelə 52,58 dollar təşkil etmişdir.
“ICE” birjasında keçirilən ötən ticarətin nəticəsində “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti 1,30 dollar (2,16%) artaraq bir barelə 61,45 dollar təşkil etmişdir.