Qızıl mənfəət götürülməsi fonunda ucuzlaşıb, lakin son 5 ayın ilk aylıq artımına hazırlaşır

11:21 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Qızılın qiyməti cümə günü mənfəətin götürülməsi və ABŞ dollarının möhkəmlənməsi fonunda geriləsə də, güclü alıcılıq dəstəyi sayəsində son beş ayın ilk aylıq yüksəlişini yekunlaşdırmağa yaxındır.

Spot qızılın qiyməti 0,6% düşərək bir unsiya üçün 4 076,53 dollara enib. Buna baxmayaraq, qiymətlər həftəlik bazda 0,6%, aylıq bazda isə təxminən 1,7% artım nümayiş etdirir. Avqust fyuçersləri üzrə ABŞ qızıl kontraktları isə 0,4% geriləyərək 4 074,20 dollardan ticarət olunub.

Analitiklər qeyd edir ki, 4 000 dollar səviyyəsi qızıl üçün güclü dəstək həddinə çevrilib. Bazarlarda ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr iclasında faiz artırması ehtimalı 63% olaraq qiymətləndirilir. Digər tərəfdən, Yaxın Şərqdə gərginliyin artması və geosiyasi risklər uzunmüddətli dövrdə qızılın "təhlükəsiz liman" statusunu dəstəkləməkdə davam edir.

Gümüş (0,8%), platin (1,7%) və palladıum (0,8%) da ucuzlaşsa da, platin və palladıum ayı müsbət dinamika ilə bağlamağa hazırlaşır.