Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 37% səviyyəsində saxlayıb

16:53 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankının Pul-kredit siyasəti komitəsi iyulun 23-də əsas faiz dərəcəsini yenidən 37% səviyyəsində saxlamaq qərarına gəlib. Tənzimləyici həmçinin overnight kredit faizi dərəcəsini 40%, overnight borclanma dərəcəsini isə 35,5% səviyyəsində dəyişməz saxlayıb.

Türkiyə Mərkəzi Bankının qeyd etdiyi kimi, may ayında enerji daşıyıcılarının qlobal qiymətlərinin artımı ilə bağlı inflyasiya müəyyən qədər yavaşısa da, qiymətlər hələ də yüksək və dəyişkən olaraq qalır. Buna geosiyasi qeyri-müəyyənlik də təsir edir. Bundan əlavə, 2026-cı ilin I rübü üzrə məlumatlar iqtisadi aktivliyin zəiflədiyini və daxili tələbin azaldığını göstərir.