ARDNF-in istiqraz yatırımlarının müddət üzrə bölgüsünü açıqlayıb

15:33 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) istiqrazlar və digər pul bazarına yatırdığı investisiyaların 14,7 %-ini 1 ilə qədər müddətə olan alətlərə yerləşdirib. Bu barədə Fonddan qeyd edilib. Bu, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 0,1 faiz bəndi azdır.

Hesabat dövründə 1-3 illik istiqrazların payı 0,5 faiz bəndi artaraq 30,1 %, 3-5 illik istiqrazların payı 0,2 faiz bəndi artaraq 26,4 %, müddəti 5 ildən artıq olan istiqrazların payı isə 0,6 faiz bəndi azalaraq 28,8 % olub.

Neft fondunun investisiya portfelinin dəyəri 72 milyard 595,1 milyon ABŞ dolları təşkil edib, bu isə 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 9,1 % artıb.

Bu il iyulun 1-nə ARDNF-in aktivləri 72 milyard 596 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,14 % çoxdur.