Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu sabit saxlayıb

10:44 - 10.07.2026


10 iyul, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın iqtisadi artım proqnozunu sabit saxlayıb.

Bu barədə Bankın iyul ayı üzrə proqnozunda bildirilib. Belə ki, ADB bu il Azərbaycanda iqtisadi artımın 2%, 2027-ci ildə isə 1,8% təşkil edəcəyini proqnozlaşdırıb. Bu isə Bankın aprel proqnozu ilə eynidir.

ADB qeyd edib ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan üzrə iqtisadi artım proqnozları isə həm 2026, həm də 2027-ci illər üçün dəyişdirilməyib.

Qafqaz, Mərkəzi və Qərbi Asiya regionu üzrə iqtisadi artım proqnozu isə 2026-cı il üçün 3,8%-ə, 2027-ci il üçün isə 4,2%-ə endirilib.