22:01 - 7.07.2026
7 iyul, Fineko/abc.az. İsveç fintex nəhəngi "Klarna Bank USA"nın yaradılması üçün Yuta ştatının Maliyyə İnstitutları Departamentinə və FDIC-yə (Federal Əmanətlərin Sığortalanması Korporasiyası) müraciət edib.
Məlumata görə, yeni bank ştatın bank lisenziyasını və əmanətlərin sığortalanması sisteminin üzvü statusunu almalıdır. Bu, şirkətə ödəniş, əmanət və kredit xidmətlərini öz daxili strukturuna keçirməyə imkan verəcək.
"Klarna" 2017-ci ildən Avropada lisenziyalı bank kimi fəaliyyət göstərir. ABŞ-da bu xidmətdən ildə təxminən 30 milyon insan istifadə edir, istifadəçilərə verilən kreditlərin həcmi isə 91,3 milyard dollara çatıb. Əvvəllər "Milestone Bank" və "Prime Alliance Bank"a rəhbərlik etmiş Qeri Hardinq "Klarna Bank USA"nın prezidenti və baş icraçı direktoru (CEO) təyin edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026