11:41 - 3.07.2026
3 iyul, Fineko/abc.az. Bu ilin iyun ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 77,48 % təşkil edib.
Bu barədə "Statcounter" agentliyinin son hesabatında qeyd edilib. Məlumata görə, bu, may ayına nisbətən 12,08 faiz bəndi, 2025-ci ilin iyun ayınn göstərici ilə müqayisədə isə 28,03 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 6,97 faiz bəndi azalaraq, illik isə 10,72 faiz bəndi artaraq 11,37 % təşkil edib. Beləliklə onun payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 2,5 dəfə olub).
Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,26 faiz bəndi, illik isə 2,03 faiz bəndi azalaraq 3,88 % olub.
Dördüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq 3,41 faiz bəndi, illik isə 10,37 faiz bəndi azalaraq 3,33 % təşkil edib.
İlk beşliyi 1,06 %-lik bazar payı ilə "Huawei" qapayır. Onun bazar payı aylıq 0,44 faiz bəndi, illik müqayisədə isə 0,57 faiz bəndi azalıb.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026