11:05 - 3.07.2026
3 iyul, Fineko/abc.az. Cari ilin may ayının sonuna olan məlumata əsasən, Azərbaycanın rezident maliyyə institutları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) tərəfindən emissiya edilmiş MasterCard kartları vasitəsilə ümumilikdə 4,492 milyard manat məbləğində 78,825 milyon əməliyyat həyata keçirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə qeyd olunub.
Bundan əlavə, AMB-nin məlumatına görə, ötən ilin may ayı ilə müqayisədə əməliyyatların sayı 1,479 milyon (1,9 faiz) artsa da, onların həcmi 488 milyon manat (9,8 faiz) azalıb.
Qeyd edək ki, AMB-nin məlumatına əsasən, may ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon 827 minə çatıb.
"Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12 faiz artıb. Bu zaman debet kartlarının sayı 13 faiz artsa da, kredit kartlarının sayı 3 faiz azalıb. Ödəniş kartlarının sayındakı artım nağdsız hesablaşmaların həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən daxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb", - deyə AMB bildirib.
Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən eksklüziv müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026