SpaceX səhmlərini uşaq yığım hesabları proqramı olan “Trump Accounts”a ötürə bilər

15:07 - 30.06.2026


30 iyun, Fineko/abc.az. “SpaceX” uşaq yığım hesabları proqramı olan “Trump Accounts”da mümkün iştirakı ilə bağlı ABŞ administrasiyası ilə danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, mənbələrin məlumatına görə, şirkət səhmlərinin ötürülməsi variantı nəzərdən keçirilir, lakin yekun qərar hələ verilməyib və şirkət rəhbəri İlon Maskın mövqeyi qeyri-müəyyən olaraq qalır.

Prezident Donald Trampın təşəbbüsü ilə yaradılan proqramın artıq gələn həftə start götürməsi gözlənilir və o, özəl şirkətlərin iştirakı ilə uşaqlar üçün uzunmüddətli əmanətlərin formalaşdırılmasına yönəlib.

Danışıqlar ilkin mərhələdədir, mümkün iştirakın təfərrüatları və investisiyaların həcmi açıqlanmır.