22:02 - 23.06.2026
23 iyun, Fineko/abc.az. ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" və Avropanın enerji nəhəngi "NatPower", qitədə 25 qiqavat-saatdan (QVt/s) çox batareya enerji saxlama sisteminin qurulmasını nəzərdə tutan çoxillik tədarük müqaviləsi imzalayıblar.
ABC.AZ xəbər verir ki, layihələr İtaliya və Böyük Britaniyada həyata keçiriləcək və "NatPower"ın mülkiyyətində idarə olunacaq. Bu, ümumi gücü 100 QVt/s-ı aşacaq daha böyük proqramın ilk mərhələsidir. Proqram çərçivəsində layihələrin ümumi tikinti dəyərinin 4-5 milyard dollar təşkil edəcəyi, 20 illik dövrdə isə 15 milyard dollardan çox gəlir gətirəcəyi gözlənilir. Müqaviləyə əsasən, "Tesla" özünün "Megapack" batareya sistemlərini tədarük etməklə yanaşı, "Autobidder" platforması vasitəsilə enerji ticarəti və optimallaşdırma xidmətləri də təqdim edəcək. Layihə süni intellekt və bərpa olunan enerji səbəbindən Avropa elektrik şəbəkələrində yaranan yüklənməni azaltmağı hədəfləyir.
24 İyun 2026
24 İyun 2026
24 İyun 2026
22 İyun 2026
22 İyun 2026