18:59 - 17.06.2026
17 iyun, Fineko/abc.az. WhatsApp tərtibatçıları Android üçün yeni vidceti sınaqdan keçirir. Bu vidcet istifadəçilərə birbaşa əsas ekrandan səsli mesajları yazıb göndərməyə imkan verəcək.
ABC.AZ xəbər verir ki, istifadəçi bir toxunuşla yazını başlada, daha sonra isə mesajı bir və ya bir neçə kontakta göndərə biləcək. Bu, tətbiq daxilində mövcud üsulla müqayisədə prosesi daha sadə və sürətli edəcək.
Hazırda funksiya yalnız beta versiyada mövcuddur, lakin yaxın vaxtlarda bütün istifadəçilər üçün əlçatan ola bilər.