17:24 - 17.06.2026
17 iyun, Fineko/abc.az. Böyük Britaniyanın Rekabet və Piyasalar Qurumu (CMA) "Google" şirkətini rəsmən "strateji bazar statusu"na daxil edərək onun üçün iki yeni icbari qayda müəyyən edib.
ABC.AZ xəbər verir ki, yeni qaydalara əsasən, "Google" axtarış və süni intellekt nəticələrinin necə sıralandığını tam şəffaf və ədalətli etməli, həmçinin istifadəçilərə öz axtarış məlumatlarını rəqib platformalara köçürmək (portativlik) imkanı yaratmalıdır. Ayın əvvəlində isə qurum media şirkətlərinə öz kontentlərinin "Google AI" tərəfindən oxunmasını qadağan etmək hüququ vermişdi.
19 İyun 2026
17 İyun 2026