Azərbaycandan 5 ayda 5 milyard 121 milyon dollarlıq xam neft ixrac edilib

15:28 - 16.06.2026


16 iyun, Fineko/abc.az. 2026-cı ilin yanvar-may ayında Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 8 milyard 838 milyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, o cümlədən 5 milyard 121 milyon dollarlıq xam neft, 3 milyard 343 milyon dollarlıq təbii qaz ixrac edilib.

2025-ci ilin yanvar-may ayında isə Azərbaycandan 9 milyard 594 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 5 milyard 643 milyon dollarlıq xam neft, 3 milyard 833 milyon dollarlıq təbii qaz ixrac edilib.

Beləliklə, illik müqayisədə xam neft ixracından gəlir 9%, qaz ixracından gəlir isə 13% azalıb.