19:36 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Niderlandın "ING" bankının analitikləri Türkiyə iqtisadiyyatı, faiz qərarları və Türk lirəsinin (TL) gələcək dinamikasına dair növbəti hesabatını dərc ediblər.
ABC.AZ bankın rəsmi qeydlərinə istinadən xəbər verir ki, mənfəət marjasının (carry margin) daralmasına baxmayaraq, TL yaxın aylarda inkişaf etməkdə olan bazarların investorları arasında populyar maliyyə aləti olaraq qalacaq. Bank, Türkiyə Cümhuriyyət Mərkəzi Bankının (TCMB) lirənin real dəyər qazanması strategiyasına sadiq qalacağını gözləyir.
Hesabatın əsas məqamları:
Məzənnə rekordu və ilin sonu proqnozu: Hazırda dollar/TL məzənnəsi 46,14 səviyyəsi ilə tarixi rekorda çatıb. "ING" analitikləri USD/TRY cütlüyünün ilin sonunadək 53,00 səviyyəsinə yüksələcəyini proqnozlaşdırırlar.
Faiz qərarı və pul-kredit siyasəti: Mərkəzi Bankın növbəti faiz qərarı sabah açıqlanacaq. Kredit artımını cilovlamaq üçün atılan son addımlar növbəti faiz artımı ehtimalını azaltsa da, geosiyasi risklər (İran müharibəsi və s.) ehtiyatlı davranışı şərtləndirir. Bank, ilin sonuna uçot dərəcəsinin 35% civarında olacağını proqnozlaşdırır.
İnflyasiya və ÜDM artımı: May ayı göstəriciləri inflyasiyanın hələ tam nəzarətə alınmadığını göstərir. İllik inflyasiyanın ilin sonunda 30%-dən bir qədər aşağı olacağı gözlənilir. Sıkı pul-kredit siyasəti və yüksək borclanma xərcləri səbəbindən ilin ikinci yarısında iqtisadiyyatda zəifləmə olacaq və ÜDM artımı 3% civarında qərarlaşacaq.
10 İyun 2026
10 İyun 2026
8 İyun 2026