14:12 - 9.06.2026
9 iyun, Fineko/abc.az. 2025-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 6 milyard 369.9 milyon manat məbləğində vəsait daxil olub.
ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik Hesabatı”nda bildirilir. Rəsmi rəqəmlərə görə, daxilolmalar 6 milyard 600 milyon manatlıq proqnoza qarşı 230.1 milyon manat (və ya 3.5%), 2024-cü illə müqayisədə isə 278.8 milyon manat (və ya 4.2%) az icra olunub.
Azalmanın əsas səbəbləri:
İdxalın həcmində geriləmə: Hesabat ilində idxalın ümumi həcmi proqnozlaşdırılandan 306.2 milyon ABŞ dolları (və ya 1.7%) az olub.
ƏDV-li idxalın payının düşməsi: Əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan idxalın həcmi proqnozla müqayisədə 1 milyard 315 milyon dollar (ümumi idxaldakı çəkisi 6 faiz bəndi), 2024-cü illə müqayisədə isə 333.5 milyon dollar (ümumi idxaldakı çəkisi 3.3 faiz bəndi) azalıb. Məhz vergi tutulan idxalın bu cür daralması gömrük rüsum və vergilərinin proqnozlaşdırılan səviyyədən aşağı qalmasına gətirib çıxarıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026