Dövlət qurumlarına 5 ayda 419 kiberhücum indikatoru müəyyən edilib

12:03 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında dövlət qurumlarına 419 kiberhücum indikatoru (IOC) müəyyən edilib.

ABC.AZ Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 % azdır.

Kibertəhdidlərin 290-ı daxili araşdırma, 132-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə mayda isə 51 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 38 % azdır.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.