10:17 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Bu ilin may ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 78,66 % təşkil edib.
ABC.AZ "Statcounter" agentliyinin son hesabatına istinadən xəbərə verir ki, bu, əvvəlki aya nisbətən 4,91 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 7,19 faiz bəndi və ya 8,4 % azdır.
Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 4,82 faiz bəndi azalaraq və illik müqayisədə 7,54 faiz bəndi artaraq 21,28 % olub.
Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 7,05 faiz bəndi artaraq və illik müqayisədə 0,40 faiz bəndi azalaraq 81,5 % təşkil edib.
Həmin cihazlarda "İOS"un bazar payı 18,34 % təşkil edib ki, bu da aylıq müqayisədə 7,15 faiz bəndi az, illik isə 0,45 faiz bəndi çoxdur. Beləliklə onun bazar payı son iki ayda 36 % azalıb.
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026