14:45 - 2.06.2026
2 iyun, Fineko/abc.az. Vaşinqtonda Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə ABŞ-ın dövlət katibi Marko Rubio arasında görüş keçirilib.
ABC.AZ xəbər verir ki, görüş zamanı tərəflər Türkmənistan-ABŞ əməkdaşlığının hazırkı vəziyyətini və geniş spektrli istiqamətlər üzrə inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə ticarət-iqtisadi, energetika, nəqliyyat və kommunikasiya sahələrində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib. Bu kontekstdə tərəflər enerji təhlükəsizliyi və enerji daşıyıcılarının tədarükü marşrutlarının, xüsusən də Transxəzər marşrutları vasitəsilə şaxələndirilməsi üzrə qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Bundan başqa, görüşdə regional təhlükəsizlik sahəsində əməkdaşlıq, müasir çağırış və təhdidlərə qarşı mübarizə, həmçinin “C5+1” platforması da daxil olmaqla çoxtərəfli formatlar çərçivəsində tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.