Hörmüz boğazı riskləri fonunda Hindistan 78 günlük neft ehtiyatına malik olduğunu açıqlayıb

16:12 - 26.05.2026


26 may, Fineko/abc.az. Hindistanın 78 günlük strateji neft ehtiyatı və kifayət qədər yanacaq və qaz rezervləri var, hakimiyyət isə ölkədə enerji böhranının olmadığını bildirir.

ABC.AZ xəbər verir ki, Hörmüz boğazının blokadası fonunda Fars körfəzində 37 Hindistan gəmisinin qaldığı, regiondan daşımalar üzrə sığorta təminatının isə 100 dəfə artırıldığı qeyd olunur. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra gəmilərin keçidinin 5–6 gün ərzində təmin ediləcəyi planlaşdırılır.

Hindistanın baş naziri Narendra Modi bildirib ki, strateji ehtiyatlar 5,3 milyon barreldən çoxdur və ölkə onların daha da artırılmasını planlaşdırır.