"Ferrari" təqdim etdiyi ilk elektrikli "Luce" modelindən sonra səhmlər 6%-dən çox ucuzlaşıb

14:25 - 26.05.2026


26 may, Fineko/abc.az. "Ferrari NV" səhmləri şirkətin ilk tam elektrikli avtomobili Luce modelinin təqdimatından sonra 6%-dən çox azalıb. Modelin tədarükünə 2026-cı ilin IV rübündə başlanması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, avtomobil LoveFrom dizayn studiyası və keçmiş "Apple" dizayn direktoru Conatan Ayvın rəhbərliyi ilə hazırlanıb. "Luce" dörd elektrik mühərriki ilə təchiz olunub, 1000 at gücündən çox gücə malikdir, 310 km/saatdan artıq sürət yığa bilir və 500 km-dən çox məsafə qət edir.

"Ferrari" layihənin 5 illik inkişafın nəticəsi olduğunu və 60-dan çox patentin alındığını bildirir. Yüksək texnoloji və premium dizayna baxmayaraq, elektrikli modelin təqdimatı bazarda mənfi reaksiya doğurub və bu, şirkətin səhmlərinin ucuzlaşmasına səbəb olub.