"Azərbaycan Beynəlxalq Bankı" 5 mln manatlıq istiqraz buraxır - Şərtlər

15:14 - 25.05.2026


25 may, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, ümumi buraxılış həcmi 5 milyon manat olan qiymətli kağızların abunə yazılışı 26 may 2026-cı il tarixində başlayacaq və 16 iyun 2026-cı il tarixinədək davam edəcək. AZ2007004586 İSİN kodlu istiqrazların yerləşdirilməsi isə 18 iyun 2026-cı il tarixində həyata keçiriləcək.

İstiqrazların emissiya şərtləri növbəti kimidir:

İstiqrazların sayı: 50,000 ədəd

Nominal (ilkin ticarət) qiyməti: 100 manat

İllik gəlirlilik faizi: 10%

Tədavül müddəti: 2 il

Faizlərin ödəmə periodu: Hər 30 gündən bir (ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən)

İstiqrazın növü: Faizli, təmin edilməmiş, sənədsiz, adlı

Anderrayter: “ABB-İnvest İnvestisiya Şirkəti” QSC

Kütləvi təklif üsulu ilə keçiriləcək abunə yazılışında iştirak etmək istəyən şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.