11:43 - 25.05.2026
25 may, Fineko/abc.az. Turistlərin ödəniş kartları vasitəsilə Azərbaycanda aparılan əməliyyatların həcmi 2026-cı ilin aprel ayında 112.6 mln. manat təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-aprel dövründə bu göstərici 464.3 mln. manat olub, halbuki 2025-ci ilin eyni dövründə 390 mln. manat səviyyəsində qeydə alınıb.
Bu, illik müqayisədə 74.3 milyon manat və ya 19% artımdır.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658.5 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.