Bakıdan Tbilisiyə qatar biletlərinin qiyməti ucuzlaşacaq?  

16:32 - 22.05.2026


22 may, Fineko/abc.az. "Bakı-Tbilisi-Bakı sərnişin qatarı ilə daha ucuz qiymətə sərnişin daşınması ilə bağlı araşdırmalar aparılır".

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, bu istiqamətdə müzakirələr aparılır:

"Hazırda müəyyən çalışmalara başlanılıb. Sərnişinlərə fərqli və daha aşağı tarifdə siniflərin təqdim edilməsi üzərində iş gedir". (C)Oxu.az