15:14 - 22.05.2026
22 may, Fineko/abc.az. 2026-cı il aprelin 1-i vəziyyətinə 79,0 min aztəminatlı ailənin 349,9 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 96.66 manat təşkil etmişdir.
ABC.AZ rəsmi statistikaya istinadən xəbər verir ki, ən yüksək məbləğ ödənilən 10 rayon: Şəmkir (101.08 manat), Gədəbəy (100.74 manat), Tovuz (100.10 manat), Quba (99.80 manat), Astara (99.18 manat), Ağcabədi (98.78 manat), Ucar (98.56 manat), Xaçmaz (98.48 manat), Cəlilabad (98.32 manat), Göyçay (98.30 manat) rayonlarıdır. Ən aşağı məbləğ ödənilən 10 rayon: Zəngilan (91.77 manat), Qax (92.31 manat), Cəbrayıl (92.75 manat), Qəbələ (92.89 manat), Qubadlı (93.11 manat), Şuşa (93.61 manat), Füzuli (93.74 manat), Xocalı (93.79 manat), Laçın (93.83 manat), Zərdab (94.07 manat) rayonlarıdır.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026