Buna görə AZAL Naxçıvana uçuşları ləğv etdi

09:58 - 19.05.2026


19 may, Fineko/abc.az. Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın sözügedən istiqamət üzrə reysləri ləğv olunub.

ABC.AZ xəbər verir ki, bu barədə AZAL-ın məlumatında bildirilib. Hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.