"Meqa Sığorta" ASC-də vəziyyət yaxşı deyil - Xalis mənfəəti 9,25 faiz azalıb

11:16 - 12.05.2026


12 may, Fineko/abc.az. "Meqa Sığorta" ASC bu ilin I rübünü 124 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,25 dəfə azdır.

Yanvar-mart aylarında "Meqa Sığorta"nın gəlirləri 7,57 milyon manat (1 il əvvələ nisbətən 5,8 % az), xərcləri 7,415 milyon manat (12,3 % çox), mənfəət vergisi ödəmələri isə 31 min manat (9,25 dəfə az) təşkil edib.

Bu il aprelin 1-nə "Meqa Sığorta"nın aktivləri 56,775 milyon manat olub ki, bu da illik müqayisədə 1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 1 % azalaraq 27,052 milyon manata, balans kapitalı isə 1,8 % azalaraq 29,723 milyon manata düşüb.

Müəllif: Elmir Muradov