Dörd ayda fərdi uçota alınmış sığortaolunanların sayı 44,8 min nəfəri keçib

14:42 - 7.05.2026


7 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fərdi uçota alınmış sığortaolunanların sayı 44,8 min nəfərdən çox artıb.

ABC.AZ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir ki,  mayın 1-nə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub.