İran Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib

10:23 - 6.05.2026


6 may, Fineko/abc.az. İran hakimiyyəti Hörmüz boğazından gəmilərin keçidi üçün yeni sxem tətbiq edib.

ABC.AZ xəbər verir ki, bu barədə mayın 5-də ölkənin dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, gəmilər boğazdan keçməzdən əvvəl İran hakimiyyətini bu barədə məlumatlandırmalı və “boğazdan keçid qaydaları haqqında məlumatı özündə əks etdirən elektron bildiriş” almalıdır.

Gəmi bu qaydaları qəbul etdikdən sonra “yeni səlahiyyətli orqan” tərəfindən onun boğazdan keçidi üçün tranzit icazə veriləcək.

Bundan əvvəl İranın Belarusdakı səfiri Əlirza Sənayi bildirib ki, Hörmüz boğazına nəzarət tam şəkildə İslam Respublikasının silahlı qüvvələrinin əlindədir. Sənayi vurğulayıb ki, ABŞ və İsrail İrana hücum etməklə regionun siyasi xəritəsini öz xeyirlərinə dəyişmək istəyirdilər. Onun sözlərinə görə, xəritə həqiqətən dəyişib, lakin bu dəyişiklik İranın Hörmüz boğazına nəzarəti ələ keçirməsi ilə bağlıdır.