16:37 - 4.05.2026
4 may, Fineko/abc.az. Apreldə tələbin zəif olması fonunda Mərkəzi Bank 1 milyard ABŞ dolları həcmində alışyönlü müdaxilə edib, nəticədə ehtiyatlar 1 milyard 29.7 milyon dollar artıb və bu vəsaitin bir hissəsi il ərzində bazar tarazlığını qorumaq üçün yenidən istifadə oluna bilər.
ABC.AZ xəbər verir ki, Azərbaycan bankları 2026-cı ilin birinci rübündə valyuta bazarında əhaliyə nağd 322 milyon ABŞ dolları satarkən, 391.4 milyon dollar alıblar.
Beləliklə, alışlar satışı üstələdiyindən (və ya təklif tələbi üstələdiyindən) əhali tərəfindən banklara doğru xalis nağd 69.38 milyon dollar axın olub.
Bundan əlavə, 2025-cı ilin aprelindən 2026-cı ilin aprelinə qədər ümumilikdə 606.2 milyon dollarlıq əhali tərəfindən banklara doğru nağd ABŞ dolları axını olub. Bu indi qədər qeydə alınan nadir bir illik bir isitqamətli axındır.
Bununla da Mərkəzi Bankın bildirdiyinə görə orta mübadilə məzənnəsi ilk rübdə 1.6984 USD/AZN-dən 1.6981 USD/AZN-ə düşüb.