Banklar arasında nağd dolları ən ucuz satanlar – Siyahı

16:25 - 4.05.2026


4 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycanda nağd valyuta bazarında ABŞ dollarının satış məzənnəsində eniş müşahidə olunur.

ABC.AZ xəbər verir ki, banklar arasında nağd dolları ən ucuz satanlar əsasən, Unibank və TuranBank (1.7005 AZN), həmçinin Rabitəbankdır (1.7005 AZN).

Qeyd edək ki, 2017-ci ilin martından bu tərəfə Mərkəzi Bank manat üçün lövbər 1 dollar=1.7000 manat sabit məzənnə seçib.

Azərbaycan Mərkəzi Bankı keçən həftə valyuta bazarına alışyönlü intervensiya etdiyini açıqlamışdı. Bildirmişdi ki, profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə valyuta bazarında təklif tələbi üstələyib, nəticədə həm nağd, həm də qeyri-nağd seqmentlərdə artıq təklif formalaşıb və ölkənin valyuta ehtiyatları artıb.