15:18 - 4.05.2026
4 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il may ayının 6-da ictimaiyyətə açıqlanacaq.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək.
“Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaq”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə ilin əvvəlində uçot dərəcəsi 0,25% bəndi azaldılaraq 6.5%-ə, faiz dəhlizinin aşağı həddi 5.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib. AMB-nin sonuncu - aprelin 2-dəki qərarında faiz dəhlizinin parametrləri sabit saxlanılıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026