17:23 - 1.05.2026
1 may, Fineko/abc.az. Yanvar–aprel aylarında Rusiya Avropaya Türk axını vasitəsilə qaz ixracını 7% artıraraq 6,2 milyard kubmetrə çatdırıb. Lakin apreldə tədarük azalıb — 1,23 milyard kubmetrə enib (martla müqayisədə –28%, illik ifadədə –2%), gücün yüklənməsi isə təxminən 72% olub.
ABC.AZ xəbər verir ki, azalmaya baxmayaraq, 2025-ci ilin yekununda bu marşrut üzrə ixrac rekord həddə — 18,1 milyard kubmetrə çatıb. Qaz kəməri Rusiyanın Avropaya boru qazı tədarükündə əsas və faktiki olaraq yeganə marşrut olaraq qalır, eyni zamanda Türkiyəyə Mavi axın və “Türk axını” vasitəsilə qaz nəqlini təmin edir.