17:36 - 21.11.2018
21 noyabr, Fineko/abc.az. Azərbaycanda turizm sahəsi üzrə ixtisaslaşdırılmış əmək yarmarkası keçiriləcək.
“Otellər və Restoranlar” Assosiasiyasının (DAIR) məlumatında deyilir ki, yarmarka Azərbaycan Turizm Agentliyi və Azərbaycan Otellər Assosiasiyasının dəstəyi və DAIR-in təşəbbüsü ilə keçiriləcək.
“Yarmarkada 115 biznes subyektlərinin 270-dən çox vakant yer təqdim ediləcək”, - məlumatda belə deyilir.
Yarmarka Bakı Biznes Mərkəzində noyabrın 24-də saat 10:00-dan 15:00-dək davam edəcəkdir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026