16:32 - 24.04.2026
24 aprel, Fineko/abc.az. Aprel ayında Fars körfəzi ölkələrindən neft tədarükünün həcmi böhran öncəsi səviyyə ilə müqayisədə 57% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə Goldman Sachs məlumat yayıb. Regionda hasilat sutkada 14,5 milyon barel azalıb.
Ekspertlər bildirirlər ki, bərpa yalnız Hörmüz boğazının açılması və dayanıqlı atəşkəsin əldə olunması halında mümkün olacaq və bu, bir neçə ay çəkə bilər.
Böhran fonunda neft qiymətləri yüksəlir: Brent markalı neft həftə ərzində 17% bahalaşaraq bir barel üçün 107 dollardan yuxarı qalxıb. Goldman Sachs-da qeyd edirlər ki, boğazın uzun müddət bağlı qalması sahənin bərpasını ləngidəcək.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026