15:37 - 24.04.2026
24 aprel, Fineko/abc.az. Rodium ən bahalı təbii metal hesab olunur, onun qiyməti bir troya unsiyası üçün 10 min dollardan çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə rusiyalı iqtisadçı Mixail Qordiyenko bildirib.
Ekspertin sözlərinə görə, yüksək qiymət onunla izah olunur ki, metal ayrıca hasil edilmir və bazara platin və palladium yataqlarının işlənməsi zamanı əlavə məhsul kimi çıxarılır. Eyni zamanda, hasil olunan rodiumun təxminən 80%-i avtomobil katalizatorlarında istifadə olunur.
Ekspertlər qeyd edir ki, yaxın perspektivdə təklifin artımı məhdud olacaq: bazar əsasən mövcud mədənlər və təkrar emal hesabına təmin ediləcək, yeni layihələr isə ehtiyatla həyata keçirilir. Əsas ehtiyatlar Cənubi Afrika, Rusiya və Zimbabvedə cəmləşib.