11:09 - 24.04.2026
24 aprel, Fineko/abc.az. “Qala Sığorta” ASC-nin 2026-cı ilin I rübündə xalis mənfəəti 2.89 mln. manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövründəki 4.46 mln. manatla müqayisədə 35.21% azalmadır.
ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, əlavə olaraq bölüşdürülməmiş mənfəətdən götürülmə səbəbindən həcm 2025-ci ilin birinci rübündəki 25.73 mln. manat bu ilin müvafiq perioduna 14.09 mln. manata düşüb. Nəticədə kapital buferinin həcmi son bir ildə 18.29 mln. manatdan 3.66 mln. manata yuvarlanıb.
Mənfəətin azalmasına əsas təsir göstərən ümumi gəlirlərin 18.73% azalaraq 20.77 mln. manata düşməsi və əsas əməliyyat gəlirlərində ciddi enişin qeydə alınması olub. Eyni zamanda, xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə müsbət təsir (əvvəlki ildə mənfi 2.93 mln. manat olduğu halda cari ildə 5.92 mln. manat) zərərin bir hissəsini kompensasiya etsə də, ümumi nəticədə azalmanın qarşısını ala bilməyib.
Hesabat dövründə “Qala Sığorta”nın xərclər isə 17.16 mln. manat səviyyəsində formalaşıb və 14.12% azalıb.