Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 37% səviyyəsində saxladı

17:11 - 22.04.2026


22 aprel, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməmək qərarı verərək onu 37% səviyyəsində saxlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyicinin Pul-kredit siyasəti komitəsinin iclasının yekunlarına dair açıqlamasında bildirilir.

“Pul-kredit siyasəti komitəsi uçot dərəcəsini — həftəlik repo hərracı üzrə faiz dərəcəsini 37% səviyyəsində saxlamaq qərarı qəbul edib”, — deyə məlumatda qeyd olunur.

Mərkəzi Bank bildirib ki, “mart ayında inflyasiyanın əsas trendi azalıb”, lakin “göstəricilər apreldə əsas trendin cüzi artımına işarə edir”. “Enerji daşıyıcılarının qiymətləri geosiyasi hadisələrin yaratdığı qeyri-müəyyənlik səbəbindən yüksək və çox dəyişkən olaraq qalır. Bu hadisələrin daxili enerji qiymətlərinə və inflyasiya tempinə təsiri diqqətlə izlənilir <…>”, — hesabatda deyilir.