11:27 - 21.04.2026
21 aprel, Fineko/abc.az. Exxon Mobil, Chevron və digər enerji şirkətləri Yaxın Şərqdəki müharibə təhlükələrindən uzaq olan yeni neft və qaz yataqlarının axtarışını sürətləndirirlər.
ABC.AZ xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.
Nəşrin məlumatına görə, Exxon Mobil bu yaxınlarda Nigeriyanın dərin su yataqlarına 24 milyard dollara qədər potensial investisiya planını açıqlayıb, Chevron isə Venesuelada iştirakını genişləndirib. BP Namibiya sahillərində neft bloklarında pay alıb, TotalEnergies isə Türkiyə ilə kəşfiyyat müqaviləsi imzaladı.
Wood Mackenzie konsaltinq şirkətinin analitikləri hesabladılar ki, ən iri neft meycorları birlikdə yaxın illərdə kəşfiyyat layihələrindən 120 milyard dollar dəyər yarada bilərlər.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026