16:37 - 16.04.2026
16 aprel, Fineko/abc.az. Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində "e-CMR" üzrə "yol xəritəsi" imzalanıb.
ABC.AZ xəbər verir ki, sənədi Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Sənəd Azərbaycan və Rusiyada elektron beynəlxalq yükdaşıma qaiməsinin (e-CMR) tətbiqi üçün şəraitin yaradılmasını nəzərdə tutur, avtomobil nəqliyyatı sahəsində rəqəmsallaşmanın genişləndirilməsi, yükdaşımaların daha operativ və şəffaf həyata keçirilməsi, həmçinin iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədi daşıyır.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026