Qubadlının bir kəndində yenidən qurma işlərinə 95 milyon manat ayrılır

15:37 - 15.04.2026


15 aprel, Fineko/abc.az  Qubadlı rayonunun Xanlıq kənd yaşayış məntəqəsində genişmiqyaslı tikinti-quraşdırma işlərinin həyata keçirilməsi planlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, sifarişçi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsidir.

Layihə çərçivəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar, eləcə də mühəndis kommunikasiya sistemlərinin qurulması nəzərdə tutulur.

Layihənin ehtimal olunan dəyəri 94 milyon 807 min manat təşkil edir