16:54 - 14.04.2026
14 aprel, Fineko/abc.az. BMW Group 2026-cı ilin birinci rübündə qlobal satışlarının illik müqayisədə 3,5% azalaraq 565 748 avtomobil təşkil etdiyini bildirib.
ABC.AZ xəbər verir ki, əsas azalma elektromobillər və hibrid modellər üzrə (−15,9%), həmçinin zəif tələbat və rəqabətin artması səbəbindən Çin bazarında (−10%) qeydə alınıb. Amerikada satışlar 4%, bir sıra digər regionlarda isə 8,3% azalıb.
Bununla yanaşı, Avropada satışlar 3%, Almaniyada isə 10,7% artaraq ümumi azalmanı qismən kompensasiya edib.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026