Rusiya Buşehr AES-də personalın rotasiyasının son mərhələsinə başlayıb

10:17 - 14.04.2026


14 aprel, Fineko/abc.az. Rusiya bazar ertəsi Moskva vaxtı ilə saat 08:00-da İrandakı “Buşehr” atom elektrik stansiyasında personalın rotasiyasının son mərhələsinə başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə jurnalistlərə dövlət korporasiyası “Rosatom”un rəhbəri Aleksey Lixaçev məlumat verib.

Obyektdən 108 əməkdaş ayrılır, stansiyada isə 20 mütəxəssis qalır.

Lixaçev dəqiqləşdirib ki, stansiyada filial rəhbəri, onun müavinləri, təhlükəsizlik bloku nümayəndələri və avadanlıqların qorunmasına cavabdeh olan mühəndis-texniki işçilər də daxil olmaqla 20 nəfər qalacaq.

Bundan əvvəl “Buşehr” AES-dən 500 nəfər təxliyə olunmuşdu.