10:05 - 10.04.2026
10 aprel, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın ÜDM-nin 2026-cı ildə 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir.
ABC.AZ xəbər verir ki, bu barədə ADB-nin “Asiyanın İnkişaf Perspektivləri” adlı aprel icmalında bildirilir.
Azərbaycan iqtisadiyyatının 2026-cı il üçün artım proqnozu sentyabr proqnozu ilə müqayisədə dəyişməz qalıb, 2027-ci il üzrə göstərici isə bank tərəfindən ilk dəfə təqdim edilib. Beləliklə, 2026-2027-ci illər ərzində ÜDM-in orta illik artım tempi 1,9 % səviyyəsində qiymətləndirilir.
“Əvvəlki illə müqayisədə artım tempinin yavaşlaması neft hasilatının azalması fonunda baş verəcək”, – hesabatda qeyd olunub.
Bankın qiymətləndirmələrinə görə, aqrar sektor 2026-cı ildə 1,4 %, 2027-ci ildə isə 1 % artım nümayiş etdirəcək, sənaye istehsalı isə müvafiq olaraq 0,2 % və 0,1 % səviyyəsində artacaq.
“Dövlət büdcəsinin kəsirinin 2026-cı ildə ÜDM-in 2,2 %, 2027-ci ildə isə 2,1 % olacağı gözlənilir. 2026-cı ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertlər ÜDM-in 9,3 %-i təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərcləri ÜDM-in 30,3 %-i təşkil edəcək ki, bunun da 10,2 %-i dövlət əsaslı vəsait qoyuluşlarının payına düşəcək”, – ADB-də qeyd edilib. ©Report
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026