Ötən il "Meqa Sığorta"nın xərcləri bu qədər azalıb

15:38 - 9.04.2026


9 aprel, Fineko/abc.az. "Meqa Sığorta" ASC 2025-ci ili 3,222 milyon manat xalis mənfəətlə başa vurub.

ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 18,3 % çoxdur.

Ötən il "Meqa Sığorta"nın gəlirləri 35,968 milyon manat (əvvəlki ilə nisbətən 1,3 % az), xərcləri 31,946 milyon manat (3,3 % az), mənfəət vergisi ödəmələri isə 800 min manat (17,5 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Meqa Sığorta"nın aktivləri 57,472 milyon manat olub ki, bu da illik müqayisədə 1,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,4 % artaraq 27,737 milyon manata, balans kapitalı isə 1,8 % artaraq 29,734 milyon manata çatıb.