Xalis mənfəəti 43,5 % faiz azalan sığorta şirkəti - Hesabat

14:43 - 9.04.2026


9 aprel, Fineko/abc.az. "İpək Yolu Sığorta" ASC 2025-ci ili 885 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 43,5 % azdır.

Ötən il "İpək Yolu Sığorta"nın gəlirləri 7,412 milyon manat (əvvəlki ilə nisbətən 19,5 % az), xərcləri 6,306 milyon manat (13,1 % az), mənfəət vergisi ödəmələri isə 221 min manat (43,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "İpək Yolu Sığorta"nın aktivləri 22,694 milyon manat olub ki, bu da illik müqayisədə 3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 4,8 % azalaraq 6,718 milyon manata düşüb, balans kapitalı isə 2,2 % azalaraq 15,976 milyon manata çatıb.