Neft bahalaşır: Brent-in qiyməti barel başına 97 dollara yaxınlaşır

09:42 - 9.04.2026


9 aprel, Fineko/abc.az. Çərşənbə axşamı baş verən enişdən sonra cümə axşamı keçirilən ticarət əməliyyatlarında etalon markaların  qiyməti artır.

Saat 09:35-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin iyun fyuçersi 2,23 dollar (2,35%) bahalaşaraq bir barel üçün 96,98 dollar təşkil edib. Aprelin 8-də keçirilən ticarət əməliyyatlarının yekununda bu müqavilənin dəyəri 14,52 dollar (13,29%) azalaraq bir barel üçün 94,75 dollar olub.

Saat 09:35-ə qədər "New York Mercantile Exchange" birjasında "WTI" markalı neftin may fyuçersinin qiyməti 2,94 dollar (3,11%) artaraq bir barel üçün 97,35 dollara yüksəlib. 8 aprel ticarətinin yekununda "WTI"-nin qiyməti 18,54 dollar (16,41%) aşağı düşərək bir barel üçün 94,41 dollar təşkil etmişdi.