16:08 - 3.04.2026
3 aprel, Fineko/abc.az. Azərbaycanda 2026-cı ilin fevral ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.5% və ya 5 009 əmanətçi gəlib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəlindən isə 4.1% (7 948 əmanətçi) artaraq 202.1 min nəfər təşkil etmişdir.
Bildirilir ki, fiziki şəxslərin müddətli əmanətləri fevral ayında 2% və ya 210.3 mln. manat, tələbli əmanətləri 6% və ya 349.5 mln. manat artmışdır.
Fiziki şəxslərin əmanətlərinin 68.9%-i (11,626.2 mln. manat) milli valyutada, 31.1%-i (5,239.1 mln. manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 63.4%-i (10,686.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir.