Azərbaycan neftinin 1 bareli 130,79 dollara satılır

10:06 - 2.04.2026


2 aprel Fineko/abc.az.  Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,56 ABŞ dolları və ya 1,19 % azalaraq 130,79 ABŞ dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.