11:52 - 1.04.2026
1 aprel, Fineko/abc.az. İran ətrafında yaranan münaqişə bütün dünyada yanacaq qiymətlərinin yüksəlməsinə səbəb olub.
ABC.AZ xəbər verir ki, ən böyük artım Filippinlərdə qeydə alınıb – müvafiq olaraq 54,2% və 81,6%.
Çində artım 10%-dən çox olub, Cənubi Koreyada isə müvafiq olaraq 8,4% və 15,1% artım müşahidə edilib. Yaponiyada artım tempi daha aşağıdır (lakin orada hökumət qiymətləri sabit saxlamaq üçün artıq ehtiyatlardan istifadə edib).
Keçən cümə günü Brent nefti markalı neftin qiyməti bir barel üçün 110 ABŞ dollarını keçib (bu, 2022-ci ilin ortalarından bəri ən yüksək göstəricidir).
Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edib ki, böhran son dövrlərin ən böyük neft tədarükü fasilələrindən birinə səbəb ola bilər.