Saudi Aramco dron hücumundan sonra ən iri neft emalı zavodunun fəaliyyətini bərpa edib

16:45 - 18.03.2026


18 mart, Fineko/abc.az. Saudi Aramco, martın 2-də pilotsuz uçuş aparatlarının zərbəsindən sonra ehtiyat tədbiri olaraq fəaliyyəti dayandırılmış Ras-Tanuradakı neft emalı zavodunun (NEZ) işini yenidən başladıb.

ABC.AZ xəbər verir ki, vurulan iki dronun qalıqlarının müəssisəyə düşməsi nəticəsində yanğın baş vermişdi. Zavodun fəaliyyəti hələ martın 13-də bərpa olunub. Gündəlik 550 min barel gücündə olan Ras-Tanura NEZ-i Səudiyyə Ərəbistanının ən iri zavodu və Avropa ölkələrinə dizel yanacağının əsas tədarükçüsüdür.